Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan VAZ-2106 ilə "Kia" markalı minik avtomobili toqquşub. Daha sonra VAZ-2106 yol kənarında dayanan VAZ-21011-ə, daha sonra avtomobil təmiri emalatxanasına çırpılıb.
Nəticədə bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media