II Dünya Müharibəsindən sonra İLK – Almaniya bu ölkəyə qoşun GÖNDƏRDİ

II Dünya Müharibəsindən sonra İLK – Almaniya bu ölkəyə qoşun GÖNDƏRDİ

Hazırda oxunan: II Dünya Müharibəsindən sonra İLK – Almaniya bu ölkəyə qoşun GÖNDƏRDİ

251062

Almaniya İkinci Dünya Müharibəsindən sonra ilk dəfə xaricdə daimi qoşun yerləşdirməyə başlayıb.

Bizim.Media Hürriyətə istinadən xəbər verir ki, NATO-nun şərq cinahını qorumaq üçün Litvaya qoşun yerləşdirilib.
 

Almaniya kansleri Fridrix Merz və müdafiə naziri Boris Pistorius bir gün əvvəl Litvada olan alman kontingentini ziyarət ediblər.


Məlumata görə, briqadada ilk mərhələdə əsgərlərin sayı 400-dən 500-ə çatdırılacaq. 2026-cı ilin ortalarına qədər briqadada xidmət edən şəxsi heyətin sayının 2000 nəfərə, 2027-ci ilin sonuna qədər isə 5000 nəfərə çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Briqadanın formalaşdırılması, infrastruktur və hərbi strukturun hazırlanması üçün 2024-cü il aprelin 1-də kiçik hərbi hissə Litvaya getmişdi. Ukraynada Rusiya ilə müharibənin başlamasından sonra müdafiəsini gücləndirmək üçün addımlar atan Almaniya, İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq xarici ölkəyə qoşun yeridib.

NATO-nun şərq cinahını qorumaq məqsədi ilə qoşunların yerləşdirilməsində ilk addım 2023-cü ilin iyununda Almaniyanın müdafiə naziri Pistoriusun Litvaya səfəri ilə atılıb. Razılaşmaya əsasən, briqada təxminən 2000 ağır silahla təchiz edilmiş 4800 hərbçi və 200 mülki heyətdən ibarət olacaq. Onlar ailələrini özləri ilə apara biləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO