USAİD-in Ukraynadakı ofisinin əməkdaşları İŞDƏN ÇIXARILIR

USAİD-in Ukraynadakı ofisinin əməkdaşları İŞDƏN ÇIXARILIR

Hazırda oxunan: USAİD-in Ukraynadakı ofisinin əməkdaşları İŞDƏN ÇIXARILIR

250863

2025-ci il iyulun 1-dən etibarən ABŞ, Ukraynada fəaliyyət göstərən Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşlarının bir hissəsinin əmək müqavilələrinə rəsmi şəkildə xitam verəcək.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət satınalmaları portalında dərc olunmuş sənədlərdə qeyd olunub.

Belə ki, ABŞ hökumətinin bu addımı “dövlət maraqları naminə” atdığı bildirilib. 

İşdən çıxarılanlar əsasən humanitar proqramlar çərçivəsində çalışan, o cümlədən son prezident seçkilərində Donald Trampın qələbəsindən sonra işə qəbul olunan mütəxəssislərdir. Onların sırasında iqtisadi inkişaf üzrə baş məsləhətçi, qlobal səhiyyə təhlükəsizliyi üzrə texniki məsləhətçi, donorların koordinasiyası üzrə məsləhətçi və digərləri var.
 

Sənədlərdə, həmin əməkdaşlarla bağlanmış müqavilələrin dəyəri də açıqlanıb. Ən yüksək məbləğli müqavilə ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi ilə imzalanıb və dəyəri 455 min ABŞ dolları təşkil edib. Lakin konkret adlar sənədlərdə göstərilmir.


Qeyd edək ki, “dövlət maraqları naminə” ləğv olunan əmək müqavilələrində, adətən, əməkdaşlara kompensasiya ödənilməsi nəzərdə tutulur. 

Xatırladaq ki, bu ilin martında ABŞ dövlət katibi Marko Rubio USAID-in aktiv proqramlarının 83 faizinin dayandırılacağını açıqlamışdı. Bu qərar 5,2 min şəxsin işinə təsir edəcək. Rəsmi Vaşinqton bu proqramların on milyardlarla dolların səmərəsiz xərclənməsinə səbəb olduğunu və bəzi hallarda ABŞ-ın milli maraqlarına zidd nəticələr doğurduğunu bildirib.

Qalan 17 faiz təşəbbüslər isə Dövlət Departamentinin daha ciddi nəzarəti altında həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO