“Everestə qalxmaq 60-100 min dollara başa gəlir” - Zirvəni fəth edən Vəfa danışdı - VİDEO

“Everestə qalxmaq 60-100 min dollara başa gəlir” - Zirvəni fəth edən Vəfa danışdı - VİDEO

Hazırda oxunan: “Everestə qalxmaq 60-100 min dollara başa gəlir” - Zirvəni fəth edən Vəfa danışdı - VİDEO

250851

Bir neçə gün öncə dünyanın ən hündür zirvəsi olan Everest (8848 m) və Lots zirvəsini fəth edən ilk azərbaycanlı qadın Vəfa Qəhrəman (Musayeva) öz təəssüratlarını bölüşüb.

Bizim.Media xəbər verir ki, Vəfa Qəhrəman İTV-nin “Sabahın xeyir, Azərbaycan!” verilişində səfər haqda danışıb.
 

“Məqsədin olduqda, biləndə ki, sən ora nə üçün getmisən, bu səni zirvəyə aparıb çıxarır. Dayanmaq ağlımdan keçməyib. Səfər zamanı üçqat əlcək taxmağıma baxmayaraq barmaqlarımı don vurmuşdu. Amma bu yumşaq donvurmadı, açılacaq. Əgər təsadüfən əlcəyini itirsən, oradan barmaqsız qayıdacaqsan”, - o bildirib.


Vəfa Qəhrəman həmçinin Everesti fəth etməyə xərclənən vəsaiti də açıqlayıb:

“Everesti fəth etmək 60 mindən 100 min dollara kimi başa gəlir. Zirvəyə gedib-gəlmək təxminən 18, bəzi insanlar üçün isə 24 saatı əhatə edir”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO