Astarada 6 yaşlı uşaq velosipeddən yıxılaraq ağır XƏSARƏT ALDI

Astarada 6 yaşlı uşaq velosipeddən yıxılaraq ağır XƏSARƏT ALDI

Hazırda oxunan: Astarada 6 yaşlı uşaq velosipeddən yıxılaraq ağır XƏSARƏT ALDI

250802

Astara rayonunun Rudəkənar kəndində azyaşlı uşaq velosiped qəzası nəticəsində xəsarət alıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə zamanı 2019-cu il təvəllüdlü A.Hüseynov atası ilə birlikdə velosipedlə hərəkətdə olarkən idarəetməni itirib və onlar yıxılıblar.

Qəza nəticəsində hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara ilkin tibbi yardım Astara rayonunda göstərilib. Lakin azyaşlının vəziyyəti ağır qiymətləndirildiyi üçün o, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda uşağın müalicəsi xəstəxanada davam etdirilir.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO