İrandan Azərbaycana idxal olunan bəzi qızılgül bağlamalarında zərərverici qurdlar aşkarlanıb.
Bununla bağlı Bizim.Media-ya videogörüntülər daxil olub. Qızılgüllərin ləçəklərin arasında gözlə görünəcək qədər ağ xırda qurdların hərəkət etdiyi müşahidə olunub.
Məlumata görə, qızılgül bağlamaları Azərbaycana Astara Gömrük Postundan keçirilib.
Güman olunur ki, qızılgüllər idxaldan əvvəl lazımi qaydada dezinfeksiya edilmədiyi və yaxud uyğun şəraitdə saxlanılmadığı üçün qurd yumurtaları məhv olmayıb. Nəticədə zərərverici qurdlar çoxalıb.
Digər iddialara görə məhsul Astara Gömrük Postundan yoxlanılmadan və rəsmiləşdirilmədən keçirilib.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə müraciət etdik. Komitədən məsələnin araşdırıldığı bildirilib.
Mövzunu diqqətdə saxlayacağıq.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:00 / 22.05.2025
SENSASİON İDDİA - İrandan Azərbaycana gətirilən qızılgüllərdə qurd var - VİDEO
Hazırda oxunan: SENSASİON İDDİA - İrandan Azərbaycana gətirilən qızılgüllərdə qurd var - VİDEO
Hazırda oxunan: SENSASİON İDDİA - İrandan Azərbaycana gətirilən qızılgüllərdə qurd var - VİDEO
250740
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.