Xankəndidə ilk qəbul İMTAHANI: Neçə nəfər iştirak edəcək?

Xankəndidə ilk qəbul İMTAHANI: Neçə nəfər iştirak edəcək?

Hazırda oxunan: Xankəndidə ilk qəbul İMTAHANI: Neçə nəfər iştirak edəcək?

250713

Xankəndi şəhərində 51 abituriyent qəbul imtahanı verəcək və bu işğaldan azad edilmiş bölgələrdə təşkil edilən ilk qəbul imtahanıdır.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Məlumata əsasən imtahan Qarabağ Universitetində keçiriləcək.

Bu imtahanda Xankəndi ilə yanaşı, Xocalı, Ağdərə, Şuşa və Laçında məskunlaşmış abituriyentlər iştirak edəcəklər. Bununla yanaşı, Füzulidə M.Uluqbəy adına məktəbin, Cəbrayılda M.Mehdizadə adına məktəbin və Zəngilanda Ağalı kənd tam orta məktəbinin cari il məzunları da qəbul imtahanlarını Xankəndidə verəcəklər.

Qeyd edək ki, imtahan sənədləri və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə abituriyentlər və onları müşayiət edəcək valideynlərinin Xankəndi şəhərinə səfərinə icazə verilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO