“Şəmkir Un-Yem” MMC-nin direktoru Aslan Əliyev həbs edilib.
Bizim.Media xəbər verir ki, direktor Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.
A.Əliyev xüsusilə külli miqdar təşkil edən 2 milyon manatdan çox vəsaitin mənimsənilməsində və torpaq sahələri üzərində mülkiyyət hüququnun pozulmasında ittiham olunur. Cinayət işinin ağırlığı nəzərə alınaraq onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İttihamlar sübuta yetiriləcəyi təqdirdə, eks-dəyirman direktoru 14 ilədək azadlıqdan məhrum edilə bilər.
Qeyd edək ki, “Şəmkir Un-Yem” 2018-ci ildə fəaliyyətə başlayıb. İnvestisiya dəyəri 6 milyon manat olan müəssisədə istehsal olunan məhsullar əsasən Şəmkir, Gəncə, Gədəbəy, Tovuz və Qazax rayonlarında satışa çıxarılır. (Qafqazinfo.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:57 / 22.05.2025
Şəmkirdə 2 milyonluq yeyinti - Direktor həbs edildi
Hazırda oxunan: Şəmkirdə 2 milyonluq yeyinti - Direktor həbs edildi
Hazırda oxunan: Şəmkirdə 2 milyonluq yeyinti - Direktor həbs edildi
250646
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.