İşdən çıxarılmadığını deyən direktor barəsində tədbirlər görüləcək

İşdən çıxarılmadığını deyən direktor barəsində tədbirlər görüləcək

Hazırda oxunan: İşdən çıxarılmadığını deyən direktor barəsində tədbirlər görüləcək

250598

"Səhhətimdə heç bir problem yoxdur".

Bizim.Media xəbər verir ki, bunu "Unikal"a açıqlamasında işdən çıxarıldığı iddia edilən 158 nömrəli məktəbin direktoru Mehriban Ələkbərova deyib.

O, hazırda işdə olmadığını və onun haqqında yazılanlardan xəbərsiz olduğunu bildirib:

"Hazırda işdə deyiləm. Hər şey qaydasındadır. İşdən də çıxmamışam".
 

Qeyd edək ki, Bakı şəhəri 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova səhhəti ilə bağlı xəstəlik vərəqəsi əsasında işə çıxmadığı üçün direktor vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.


Təhsil İdarəsindən isə bildirilib ki, Mehriban Ələkbərova işə qayıtdıqdan sonra onun barəsində qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO