Qusar rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov Yuxarı Ləgər kəndində səyyar qəbul keçirib.
İcra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, rayon icra hakimiyyətinin başçısı ilə birgə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Habil Əzənmədov, RİH başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə baş tutmuş görüşdə sakinlər sosial və infrastruktur sahələrinə aid mövcud problemləri diqqətə çatdırıblar.
Səyyar qəbul zamanı kənddə tibb məntəqəsi üçün binanın, ixtisaslı kadrların olmamasının onlar üçün problem yaratdığını qeyd edən sakinlər həmçinin, kənddaxili yolların təmiri, fərdi evin tikintisi üçün torpaq sahəsinin ayrılması, işlə təminat, elektrik naqillərinə maaneəçilik törədən ağacların budanması və digər məsələlərlə bağlı müraciətlərini ediblər.
S. Məmmədxanov səsləndirilən problemlərin mərhələli şəkildə həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.