Mayın 17-də paytaxtın Yasamal rayonunda 65 saylı marşrut avtobusunun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Bizim.Media-ya bildirib ki, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 38 yaşlı Qurbanov Ruslan saxlanılaraq məsuliyyətə cəlb edilib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda sərnişin avtobusun şüşəsini sındırdı – VİDEO
Onun əməlinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.
Bizim.Media