Basketbol üzrə Azərbaycan millisinə yeni təyinat gerçəkləşib.
Bizim.Media xəbər verir ki, "Abşeron" basketbol klubunun baş məşqçisi Erhan Toker yığmamızda çalışacaq.
Azərbaycanın oğlanlardan ibarət U-16 millisi türkiyəli mütəxəssisə həvalə olunub. O, yığmada da baş məşqçi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Tokerin U-16 milli ilə ilk sınağı Avropa çempionatının C divizionu olacaq. İyulun 5-13-də Albaniyada keçiriləcək yarışda komanda B qrupunda San Marino, Andorra, Lüksemburq və Cəbəllütariqlə mübarizə aparacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
16:31 / 20.05.2025
Millimizdə yeni BAŞ MƏŞQÇİ
Hazırda oxunan: Millimizdə yeni BAŞ MƏŞQÇİ
Hazırda oxunan: Millimizdə yeni BAŞ MƏŞQÇİ
250360
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.