Gəncə Dövlət Universitetinin (GDU) Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudovun korrupsiya iddiaları əsasında vəzifədən azad edildiyi barədə məlumat yayılıb.
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Universitetdən qafqazinfo.az-a bildirilib ki, prorektor işdən öz istəyi ilə çıxıb.
“O, professor elmi adını almaq üçün bu qərarı verib. Şahin Xurşudov, həmçinin tədris fəaliyyətini davam etdirir. Hazırda o, İqtisadiyyat fakültəsində yarımştat müəllim kimi fəaliyyət göstərir.
Yayılan korrupsiya iddiaları əsassızdır”, - açıqlamada vurğulanıb.
Qeyd edək ki, Şahin Nadir oğlu Xurşudov Gəncə Dövlət Universitetinin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsinə 2022-ci ilin mart ayında təyin edilmişdi.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:38 / 20.05.2025
Prorektor rüşvətə görə işdən çıxarılıb?
Hazırda oxunan: Prorektor rüşvətə görə işdən çıxarılıb?
Hazırda oxunan: Prorektor rüşvətə görə işdən çıxarılıb?
250328
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.