Qubanın iki kəndinə bu gün işığın verilişi bərpa olunacaq

Qubanın iki kəndinə bu gün işığın verilişi bərpa olunacaq

Hazırda oxunan: Qubanın iki kəndinə bu gün işığın verilişi bərpa olunacaq

250273

Aprelin 16-da şimal bölgəsində baş verən təbii fəlakətin nəticələri Qubada hələ də aradan qaldırılmayıb.

Bizim.Media-ya müraciət edən Qubanın Girdah və Ördüc kənd sakinləri bildiriblər ki, 2-ci aydır yaşadıqları kənd içıqsızdır, hamı qaranlıqda qalıb.

Ətraf kəndlərə enerji verilişi bərpa olunsa da Girdah və Ördüc kəndlərinə işığın verilməsi bərpa olunmayıb.

Quba FHK-nın sədri, icra başçısının 1-ci müavini Tariyel İbrahimov mövzu ilə bağlı bildirib ki, təbii fəlakət ən çox enerji sisteminə ziyan vurub:

“Rayonda 80-dan çox kənd işıqsız idi, indi cəmi iki kənd işıqsız qalııb”.

Onun sözlərinə görə, dağlıq Girdah və Ördüc kəndlərinə də bu gün işığın verilişi bərpa olunacaq.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO