Çin ilk ağır dron daşıyıcısı “Jiutian SS”i iyun ayında uçuşa hazırlayır.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, 15 tonluq bu qurğunun qanadının eni 25 metrdir.
Dron daşıyıcısı 7 000 km-ə qədər məsafə qət edə və kütləvi hücumlar üçün nəzərdə tutulan 100 ədəd FPV dronu daşıya bilir.
İdarəedilməsi isə süni intellekt tərəfindən, insanların iştirakı olmadan həyata keçiriləcək.
Bizim.Media