Hamının zövq aldığı sərgidən FOTOLAR

Hamının zövq aldığı sərgidən FOTOLAR

Hazırda oxunan: Hamının zövq aldığı sərgidən FOTOLAR

250005

Xəbər verdiyimiz kimi, bu gün “Sürətin evolyusiyası” layihəsinin ikinci günündə sürət avtomobillərinin və “Supercar”ların nümayişi keçirilib. 

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı, “Nazar Holdinq” və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilən sərgidə müxtəlif növ sürət avtomobili təqdim edilib.

Bizim.Media  xəbər verir ki, səhər saat 11-dən başlayaraq axşam saat 19-dək davam edən nümayiş paytaxtın Əziz Əliyev küçəsindən Qoşa Qala qapısının qarşısınadək olan ərazini əhatə edib.

Sürət həvəskarlarının ürəyini fəth edən bu avtomobillər təkcə dinamik xüsusiyyətləri ilə tanınmır. Həmin avtomobillər, həm də texnologiya və innovasiyalarla insan potensialının zənginliyinin təsdiqidir.
 

Ümumiyyətlə, “Sürətin evolyusiyası” sərgisi keçirildiyi 2 gün ərzində ziyarətçilər həm müxtəlif növ avtomobilləri seyr edib, nəqliyyat vasitələri barədə daha geniş məlumat əldə etmək imkanı qazanıb, həm də avtomobil həvəskarlarının bir-biri ilə ünsiyyətinə şərait yaradılıb.


Bununla da iki gün ərzində klassik avtomobillərdən sürət avtomobillərinədək sürətin evolyusiyasını izləmək mümkün olub.



































Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO