Hikmət Hacıyev Ermənistanla münasibətlərin normallaşdırılmasından DANIŞDI: “Sülh üçün münbit şərait yaranıb”

Hikmət Hacıyev Ermənistanla münasibətlərin normallaşdırılmasından DANIŞDI: “Sülh üçün münbit şərait yaranıb”

Hazırda oxunan: Hikmət Hacıyev Ermənistanla münasibətlərin normallaşdırılmasından DANIŞDI: “Sülh üçün münbit şərait yaranıb”

249999

Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tasnim”ə müsahibəsində söyləyib.

“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılmaqdadır”, – o deyib.

Prezidentin köməkçisi qeyd edib ki, regionda yaranmış yeni reallıq legitimliyə, qanuniliyə əsaslanan münasibətlərdən ibarətdir:

“Cənubi Qafqaz regionunda məhz Azərbaycan Respublikasının yürütdüyü siyasət nəticəsində torpaqlar işğaldan azad olundu, Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi. Regionda sülh üçün çox yaxşı, münbit şərait yaranıb.
 

Cənubi Qafqaz regionunda yeni status-kvo, yeni reallıq yaranıb ki, bu yeni status-kvo da artıq işğala, təcavüzə deyil, beynəlxalq hüququn norma və prinsiplərinə, legitimliyə, qanuniliyə əsaslanan münasibətlərdir”.


Xatırladaq ki, Hikmət Hacıyev Tehran Dialoq Forumunda iştirak etmək üçün İranda səfərdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO