Əllərimiz gün ərzində müxtəlif səthlərlə təmas edərək çox sayda bakteriya və virusla çirklənir. Əllərin təmizlənmədən üzə, yeməyə və ya digər insanlara toxunması mikrobların bədənə daxil olmasına və infeksiyaların yayılmasına səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, sabun və su ilə düzgün şəkildə əl yumaq bir çox yoluxucu xəstəliklərin qarşısını almağın ən effektiv yollarından biridir.
Bizim.Media-nın araşdırmasına görə, düzgün əl yumaq xəstəliklərin 80 faizinin qarşısını ala bilər. Bu vərdiş həm şəxsi sağlamlığı qoruyur, həm də ictimai sağlamlığa töhfə verir.
Qeyd edək ki, güclü immunitet xəstəliklərə qarşı mühüm rol oynasa da, gündəlik gigiyenik vərdişlər – xüsusilə əllərin təmiz saxlanılması – mədə-bağırsaq pozğunluğu, qrip və digər virus infeksiyalarının yayılma riskini xeyli azaldır.
Unutmayın, sadə bir vərdiş – əl yuma – sizi və sevdiklərinizi xəstəliklərdən qoruya bilər!
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:00 / 17.05.2025
Xəstəliklərin 80%-nin qarşısını bu yolla ALIN
Hazırda oxunan: Xəstəliklərin 80%-nin qarşısını bu yolla ALIN
Hazırda oxunan: Xəstəliklərin 80%-nin qarşısını bu yolla ALIN
249861
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.