Yaz fəslində havaların isinməsi, təbiətdəki dəyişikliklər insanlarda bir sıra xəstəliklərin yaranmasına və ya aktivləşməsinə səbəb ola bilər. Mütəxəssislər hesab edirlər ki, yaz fəslindəki dəyişikliyə görə insanların həyat tərzində, qan dövranında da dəyişiklik baş verir.
Bizim.Media yaz fəslində ən çox əziyyət çəkilən xəstəliklərin siyahısını təqdim edir.
Yazda aktivləşən xəstəlik allergik xəstəliklərdir. Xüsusilə, polinoz (çiçək tozuna allergiya) daha çox yayılır. Bu, yazda bitkilərin tozlanma dövrü başladığı üçün burun axması, göz qıcıqlanması, asqırma kimi əlamətlərlə özünü göstərir.
Astma xəstəliyi də allergik reaksiyalara görə tutmaları artırır.
Soyuqdəymə və qrip. Yazda hava dəyişkən olduğu üçün insanlar tez-tez soyuqdəyməyə və ya qripə yoluxa bilirlər. Gündüz isti, gecə isə sərin hava immuniteti zəiflədə bilər.
Yazda bağırsaq infeksiyaları da arta biləndir. Çünki isti hava mikroorqanizmlərin çoxalmasına şərait yaradır. Həmçinin, yaxşı yuyulmamış meyvə-tərəvəzlər və küçə qidaları da buna səbəb ola bilər.
Dəri problemləri. Günəş şüalarının artması ilə gün yanığı, günəş allergiyası, qıcıqlanma arta bilər. Həmçinin yazda tərləmə səbəbilə göbələk infeksiyaları da baş verə bilər.
Göz infeksiyaları da yazda artan, qabaran xəstəlik siyahısındadır. Toz və allergenlər göz qızartısı, qaşınma və sulanma kimi problemlərə səbəb ola bilər.
Depressiya və yuxu problemləri. Yazda gün işığının artması bəzi insanlarda yuxu rejimini poza, emosional dalğalanmalara səbəb ola bilər. Bu hal “yaz yorğunluğu”, “yaz depressiyası” kimi də tanınır.
Bizim.Media