Məşhur döyüşçü ilin sonunda rinqə QAYIDACAQ

Məşhur döyüşçü ilin sonunda rinqə QAYIDACAQ

Hazırda oxunan: Məşhur döyüşçü ilin sonunda rinqə QAYIDACAQ

249805

36 yaşlı idmançının nümayəndəsinə istinadən verilən məlumata görə, keçmiş UFC çempionu Konor Makqreqor 2025-ci ilin sonuna qədər yarışlara qayıda bilər.

Bizim.Media xəbər verir ki, Makqreqor döyüşməyə hazırdır. “Söhbət təkliflər və variantlardan gedir”, – deyə bildirilir.

Bir müddət əvvəl irlandiyalı döyüşçünün özü də sosial media vasitəsilə UFC prezidenti Dana Vaytı geri qayıtmaq üçün danışıqlar aparmağa çağırıb. Makqreqor sonuncu dəfə 10 iyul 2021-ci ildə Dastin Puarye ilə döyüşüb.

Həmin görüşdə o, texniki nokautla məğlub olub. İrlandiyalı UFC-də 28 döyüş keçirib, 22 qələbə qazanıb və 6 dəfə məğlubiyyətlə üzləşib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO