Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Co Bayden arasında əvvəlcədən planlaşdırılmış görüş bu gün Cenevrədə “La Grange” villasında Bakı vaxtı ilə saat 15:35-də başlayacaq.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi Ağ Evin press relizinə istinadən yayıb.
MÖVZU İLƏ BAĞLI:
Bayden Putinlə görüşmək üçün Cenevrəyə getdi - VİDEO
Geniş tərkibdə görüşün isə Bakı vaxtı ilə saat 16: 55-də mətbuatın iştirakı olmadan keçiriləcəyi gözlənilir. Sonra hər iki liderin mətbuat konfransı baş tutacaq.
Bizim.Media