Məşhur tiktoker canlı yayımda GÜLLƏLƏNDİ - FOTO

Məşhur tiktoker canlı yayımda GÜLLƏLƏNDİ - FOTO

Hazırda oxunan: Məşhur tiktoker canlı yayımda GÜLLƏLƏNDİ - FOTO

249516

Meksikada 23 yaşlı makiyaj blogeri Valeria Markes gözəllik salonunda canlı yayım etdiyi zaman güllələnərək həyatını itirib.

Bizim.Media xəbər verir ki, hadisə Halisko ştatının Zapopan şəhərində baş verib.

Yayımın əvvəlində Markes bir şəxsin ona dəyərli hədiyyə qoymaq istədiyini, lakin həmin şəxsi gözləmək niyyətində olmadığını söyləyib. Az sonra naməlum silahlı şəxs içəri daxil olaraq atəş açıb.

Halisko prokurorluğu cinayətlə bağlı araşdırmalara başlayıb.

Markesin TikTok platformasında təxminən 200 min izləyicisi olub. (Musavat.com)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO