Zaxarovadan Zelenskiyə SƏRT CAVAB - "Savadsız, kloun..." - VİDEO

Zaxarovadan Zelenskiyə SƏRT CAVAB - "Savadsız, kloun..." - VİDEO

Hazırda oxunan: Zaxarovadan Zelenskiyə SƏRT CAVAB - "Savadsız, kloun..." - VİDEO

249500

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Prezidenti Volodimir Zelenskinin İstanbul şəhərinə gedən Rusiya nümayəndə heyətini “butaforik” adlandırmasına sərt reaksiya verib. O, Zelenskini “kloun” və “butaforik lider” adlandıraraq, Ukrayna tərəfinin bəyanatlarını ciddiyə almadıqlarını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri TASS agentliyi yayıb.

Qeyd edək ki, Zelenski az öncə, Ankara hava limanlnda verdiyi brifinqdə Rusiya nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinskini və ümumilikdə heyətin tərkibini qeyri-ciddi hesab etdiyini açıqlamış, Ukraynanın danışıqlara qatılıb-qatılmayacağına dair qərarın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra veriləcəyini bəyan etmişdi.

Xatırladaq ki, Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda keçirilməsi planlaşdırılan görüşü ətrafında qeyri-müəyyənlik davam edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO