Goranboyda ərinin tir tüfəngindən açdığı atəş nəticəsində xəsarət alan 24 yaşlı N. Xudaverdiyevanın vəziyyəti stabildir.
Bu barədə Bizim.Media-nın yerli bürosuna Abbas Səhhət adına xəstəxananın Cərrahiyyə şöbəsinin həkim-cərrahı Sənan Abbasov verib.
Onun sözlərinə görə 14.05.2025-ci il tarixində saat 20:50 radələrində 2001-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub:
“Qarnın ön divarının daxilə keçmiş deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicə və müayinəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir” deyə həkim əlavə edib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

- A-
- A
- A+
Cəmiyyət
12:29 / 15.05.2025
Tir tüfəngi ilə vurulan qadının SON DURUMU
Hazırda oxunan: Tir tüfəngi ilə vurulan qadının SON DURUMU
Hazırda oxunan: Tir tüfəngi ilə vurulan qadının SON DURUMU
249459
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.