Dövlətə xəyanətdə təqsirləndirilən şəxs hakim qarşısına ÇIXARILDI

Dövlətə xəyanətdə təqsirləndirilən şəxs hakim qarşısına ÇIXARILDI

Hazırda oxunan: Dövlətə xəyanətdə təqsirləndirilən şəxs hakim qarşısına ÇIXARILDI

249420

Dövlətə xəyanətdə ittiham olunan Azərbaycan Respublikasının vətəndaşı Zamanlı İsmayıl Rafail oğlu barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul olunub.

Məhkəmənin növbəti iclası mayın 21-nə təyin olunub.

Qeyd edək ki, İsmayıl Zamanlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq xarici ölkənin xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarını yerinə yetirməklə dövlətə xəyanət etməkdə ittiham olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO