Toyuq ətində gizlənən BAKTERİYA - Zəhərlənməyə səbəb olur

Toyuq ətində gizlənən BAKTERİYA - Zəhərlənməyə səbəb olur

Hazırda oxunan: Toyuq ətində gizlənən BAKTERİYA - Zəhərlənməyə səbəb olur

249405

Az bişmiş toyuq ətinin istehlakı nəticəsində yaranan qida zəhərlənmələri "Salmonella" bakteriyasının törətdiyi infeksiyaları gündəmə gətirib.

Bizim.Media xəbər verir ki, mütəxəssislər şübhəli qidaların qəbulundan sonra ilk 8-72 saat ərzində yaranan qarın ağrısı, ürəkbulanma, qusma, ishal və qızdırma kimi əlamətlərə diqqət yetirilməsi barədə xəbərdarlıq edirlər.

Salmonella bakteriyası insanlara çox vaxt xəstə insanlar və ya heyvanlarla təmas nəticəsində və ya onların nəcisləri ilə çirklənmiş su və ya qida qəbulu ilə yoluxur. Qida zəhərlənməsi amili olaraq tez-tez rast gəlinən salmonella, tif və paratif kimi sistemli infeksiyalara da səbəb ola bilər.

Salmonella bakteriyası az bişmiş toyuq ətinin istehlakı nəticəsində yaranır. Bu infeksiyadan qorunmaq üçün gigiyenik tədbirlərin görülməsi vacibdir:

Çiy və ya yarıbişmiş heyvan mənşəli qida məhsulları istehlak edilməməlidir. Heyvan mənşəli qida məhsullarının saxlanması, daşınması və realizasiyası dövründə baytarlıq-sanitariya qaydalarına riayət olunmalıdır. Soyuducuda saxlanılan hazır qidaların yaxşı qızdırılmadan istehlakına yol verilməməlidir. (Metbuat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO