Bloqerlərin reklam etdiyi “Daşqın əmlak ofisi”nin rəhbəri TUTULDU

Bloqerlərin reklam etdiyi “Daşqın əmlak ofisi”nin rəhbəri TUTULDU

Hazırda oxunan: Bloqerlərin reklam etdiyi “Daşqın əmlak ofisi”nin rəhbəri TUTULDU

249291

Bakıda bir qrup vətəndaşa qarşı “TikTok” platformasında “Daşqın əmlak ofisi” adlı səhifə vasitəsilə kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, tanınmış bloqerlərin reklam etdiyi “Daşqın əmlak ofisi”nin rəhbəri 29 yaşlı Daşqın Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.
 

Onun barəsində Xətai Rayon Polis İdarəsində dələduzluq maddəsi ilə başlanan cinayət işi üzrə istintaq hərəkətləri aparılır.


Vətəndaşlara vurulan zərərin ödətdirilməsi istintaqın diqqətindədir, polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Qeyd edək ki, Bakıda bir qrup vətəndaş alqı-satqı şirkətinin “TikTok” reklamlarına inanaraq ev almaq istəyib, lakin dələduzluqla üzləşdiklərini bildiriblər. Onlar “Daşqın əmlak ofisi” adlı şirkətin onların külli miqdarda pulunu mənimsədiklərini iddia ediblər. Həmin şirkətin rəhbəri Daşqın Məmmədov isə sakinlərin şikayətlərinə cavab veriləcəyini və onlardan alınan pulların mərhələli şəkildə geri ödənəcəyini bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO