Ermənistanın eks-prezidenti, "Ermənistan" blokundan baş nazirə namizəd Robert Köçəryan növbəti iddialı açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media Ermənistan mediasına istinadən xəbər verir ki, Köçəryan Rusiya mətbuatına verdiyi müsahibəsində Qarabağı itirməmək üçün yalnız bir yol olduğunu deyib:
MÖVZU İLƏ BAĞLI:
Robert Köçəryandan ETİRAF: “Paşinyan bu gün İrəvanda da bizi qoruya bilmir”
“Məğlub olmaq lazım deyildi. Gərək müharibə dayandırılardı. Bunun üçün imkanlar da var idi. Sadəcə səriştəsiz idarəetmənin nəticəsidir. Səhv etmirəmsə, oktyabrın 19-da Rusiya prezidentinin müharibəni dayandırması ilə bağlı təşəbbüsü də var idi.
Erməni ordusu anlaşılmaz səbəblərə görə bu təklifi rədd etdi. Hansı ki, qorxurdular ki, Paşinyan xain adlandırılacaq. Onsuz indi də o, xain adlandırılır. O zaman razılaşdırıldığından da çox şey itirdik”, deyə Köçəryan əlavə edib.
Qeyd edək ki, Köçəryan bundan əvvəlki açıqlamasında 1 ilə güclü ordu quracaqlarını və sərhədləri gücləndirəcəklərini bəyan etmişdi.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 21 partiya və 4 blokun iştirakı ilə iyunun 20-də keçiriləcək.
Alçina Amilqızı, Bizim.Media