Ərdoğan: "Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün dönüş əldə edilib" - VİDEO

Ərdoğan: "Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün dönüş əldə edilib" - VİDEO

Hazırda oxunan: Ərdoğan: "Rusiya-Ukrayna müharibəsinin sona çatması üçün dönüş əldə edilib" - VİDEO

248784

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa lideri Emmanuel Makronla telefon danışığı aparıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, söhbət zamanı Türkiyə ilə Fransa arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan Rusiya ilə Ukrayna arasında müharibənin sona çatması yolunda tarixi dönüş nöqtəsinin əldə edildiyini bildirib. O, Türkiyənin atəşkəs və davamlı sülhün təmin edilməsi üçün danışıqlara ev sahibliyi də daxil olmaqla hər cür töhfəni verməyə hazır olduğunu bildirib.

Türkiyə lideri Ukrayna ilə Rusiya arasında daimi sülh danışıqlarının başlanması və Ukraynanın bərpası proseslərinin həssaslıqla həyata keçirilməsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb. (Publika.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO