Makron Zelenskinin yanağından öpdü - VİDEO

Makron Zelenskinin yanağından öpdü - VİDEO

Hazırda oxunan: Makron Zelenskinin yanağından öpdü - VİDEO

248741

Fransa Prezidenti Emmanuel Makron Kiyevdə "İstəklilər koalisiyası" çərçivəsində görüşdən sonra Ukrayna lideri Volodimir Zelenskini qucaqlayıb və yanağından öpüb.

Bizim.Media xəbər verir ki, görüntülərdə Makronun avtomobilə minməzdən əvvəl Zelenskinin kürəyinə mehribanlıqla vurduğu və yanağından öpdüyü əks olunur.
 

Fransa prezidenti də daxil olmaqla, Avropa liderlərinin görüşü Ukraynaya dəstək məsələlərinə həsr olunub.


Qeyd edək ki, Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, Polşa və Böyük Britaniyanın baş nazirləri Donald Tusk və Keyr Starmer "İstəklilər koalisiyası"nın görüşü üçün Kiyevə səfər ediblər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO