1 yaşlı oğlunu satmaq istədi - FOTO

1 yaşlı oğlunu satmaq istədi - FOTO

Hazırda oxunan: 1 yaşlı oğlunu satmaq istədi - FOTO

248709

Ukraynanın Dnepr şəhərində 20 yaşlı qadın 1 yaşlı oğlunu 1 milyon qrivnaya (təxminən 41 min manat) satmağa cəhd edib.

Bizim.Media xəbər verir ki, məhkəmənin qərarı ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
 

Məlumata görə, gənc ana əldə etdiyi vəsaitlə biznes açmağı planlaşdırıb.


Qadın Ukrayna Cinayət Məcəlləsinin 149-cu maddəsinin 3-cü hissəsi ilə yetkinlik yaşına çatmayan şəxsə qarşı insan alverində təqsirli bilinib.

İstintaq zamanı müəyyən edilib ki, şübhəli şəxs şəxsi həyatını narahat etdiyi üçün uşağı satmaq qərarına gəlib. Qadın uşağı böyütmək və ona qulluq etmək istəməyib.

Məhkəmə zamanı o, təqsirini etiraf etməyib.

Hökm qanuni qüvvəyə minənədək məhkum həbsdə qalacaq. /Lent.az



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO