Günəş sistemində YENİLİK - 9-cu planet kəşf edildi?

Günəş sistemində YENİLİK - 9-cu planet kəşf edildi?

Hazırda oxunan: Günəş sistemində YENİLİK - 9-cu planet kəşf edildi?

248627

Günəş sistemindəki planetlərin sayı illərdir sabit kimi görünsə də, alimlər bu anlayışı dəyişdirə biləcək yeni bir kəşfə imza atıblar. Astronomlar uzun müddətdir nəzəriyyə səviyyəsində müzakirə olunan, lakin birbaşa müşahidə olunmamış "9-cu planet"lə bağlı ciddi izlərə rast gəliblər.

Bizim.Media xəbər verir ki, alimlər Günəş sistemində potensial olaraq yeni bir planetin mövcud ola biləcəyini bildiriblər. "9-cu Planet" adı verilən bu göy cisminin Günəşə olan məsafəsi son dərəcə böyükdür və onun Günəş ətrafındakı tam dövrü 10 min ilə 20 min Yer ili arasında dəyişə bilər. Ölçülərinə görə Neptuna bənzədiyi təxmin edilən bu obyekt, Günəşdən təxminən 20-30 dəfə daha uzaqda yerləşir.

Tədqiqatçılar bu planetin varlığını birbaşa müşahidə etməsələr də, onun mövcudluğunu Koyper qurşağında yerləşən obyektlərin qəribə hərəkətləri ilə əlaqələndirirlər. Qeyd edək ki, Koyper qurşağı Neptunun orbitindən o tərəfdə çoxlu sayda xırda səma cisminin toplandığı geniş bir bölgədir.

Əgər bu planet gerçəkdən varsa, onun cazibə qüvvəsi bu qurşaqdakı bəzi cisimlərin orbitlərinə təsir edərək, onların adi trayektoriyadan kənara çıxmasına və Günəş sisteminin digər hissələrinə əks istiqamətdə hərəkət etməsinə səbəb ola bilər. Bu da son illərdə müşahidə edilən anomaliyaların elmi izahını verə bilər. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO