Bakıətrafı kənd və qəsəbələrə gedənlərin NƏZƏRİNƏ! - Marşrut xəttləri dəyişdirildi

Bakıətrafı kənd və qəsəbələrə gedənlərin NƏZƏRİNƏ! - Marşrut xəttləri dəyişdirildi

Hazırda oxunan: Bakıətrafı kənd və qəsəbələrə gedənlərin NƏZƏRİNƏ! - Marşrut xəttləri dəyişdirildi

24853

Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

Bu barədə Bizim.Media-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məqsəd çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.
 

MÖVZU İLƏ BAĞLI:

Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu


​​​​​​​Mövsümi xarakterli dəyişikliyə əsasən, 16.06.2021 tarixindən:

• 101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinədək;

• 107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinədək;

• 146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Şüvəlan” çimərliyinədək;

• 179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinədək;

• 180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə” çimərliyinədək;

• 182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Mərdəkan” çimərliyinədək;

• 189 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin “Ləhic” bağlarına qədər təşkil ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO