Serbiya prezidenti Aleksandr Vuçiçin təyyarəsi Bakıya təcili eniş etdikdən sonra Moskvaya yola düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ! Serbiya Prezidentinin təyyarəsi Bakıya təcili ENİŞ ETDİ
Rusiya KİV-in məlumatına görə, Vuçiçin təyyarəsi yanacaq doldurmaq üçün Bakıya enməli olub.
Qeyd edək ki, Serbiya mətbuatı Aleksandr Vuçiçin təyyarəsinin təhlükəsizlik səbəbilə Bakıya təcili eniş etməyə məcbur olduğunu yazmışdı.
Xatırladaq ki, Vuçiç 9 May münasibətilə Qırmızı meydanda Qələbənin 80 illiyinə həsr edilmiş hərbi paradda iştirak etmək üçün Rusiya paytaxtına səfər etməlidir.
Bizim.Media