Pomidor sürətlə ucuzlaşacaq – BU TARİXDƏN

Pomidor sürətlə ucuzlaşacaq – BU TARİXDƏN

Hazırda oxunan: Pomidor sürətlə ucuzlaşacaq – BU TARİXDƏN

248111

Xəbər verdiyimiz kimi Türkmənistandan idxal edilən pomidor məhsulundan nümunələr götürülərək müayinələrə cəlb olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə  nümunələrin laborator müayinəsi nəticəsində 11 məhsul partiyasında pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) aşkarlanıb.

Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək, Türkmənistandan pomidor idxalına müvəqqəti qadağa qoyulub, Türkmənistanın müvafiq qurumuna virus aşkarlanmış təsərrüfatda sağlamlaşdırıcı tədbirlərin görülməsi barədə bildiriş məktubu göndərilib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkmənistandan pomidor idxalına QADAĞA QOYULDU


Bəs, bu qərar daxili bazara necə təsir edəcək?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, hazırda istixana mövsümü başa çatır:

“Yaxın günlərdə havanın temperaturu 25 dərəcəni keçəcək. Bununla da istixanalar yay rejimində fəaliyyətlərini davam etdirəcək. Belə vəziyyətdə AQTA-nın idxalla bağlı müvafiq qərarı bazarda qiymətlərin sabitləşməsinə səbəb olacaq. Artıq pomidorun baha satıldığı dövr başa çatmaqdadır. Bundan sonra pomidorun qiyməti sürətlə ucuzlaşacaq.

Beləliklə də bundan sonra alıcılar yox, satıcılar qiymətdən narazılıqlarını ifadə edəcəklər. Ona görə də AQTA-nın son qərarı daxili bazarın qorunmasına xidmət etsə də, bu davamlı olmalıdır. Əhaliyə aşağı qiymətə və keyfiyyətli qida məhsullarının çatdırılması üçün müvafiq qurumlar bütün zəruri tədbirləri görməlidir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO