UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “İnter” və “Barselona” komandaları arasında keçirilmiş cavab matçında xoşagəlməz hadisə yaşanıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi İniqo Martinez Milan klubunun üzvü Françesko Açerbiyə tüpürüb. Hadisə oyunun birinci hissəsində baş verib. Görüşün baş hakimi Şimon Marçinyak hadisəyə reaksiya verməyib.
Həmin görüntü sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.
Qeyd edək ki, “İnter” komandası iki oyunun nəticəsinə əsasən, “Barselona”nı 7:6 hesabı ilə məğlub edərək finala yüksəlib.
Bizim.Media

- A-
- A
- A+
İdman
11:07 / 07.05.2025
“Barselona”nın futbolçusu “İnter”in müdafiəçisinə TÜPÜRDÜ - VİDEO
Hazırda oxunan: “Barselona”nın futbolçusu “İnter”in müdafiəçisinə TÜPÜRDÜ - VİDEO
Hazırda oxunan: “Barselona”nın futbolçusu “İnter”in müdafiəçisinə TÜPÜRDÜ - VİDEO
248065
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.