“İŞİD-lə mübarizədə şəhid verən yeganə NATO müttəfiqiyik” - Ərdoğan

“İŞİD-lə mübarizədə şəhid verən yeganə NATO müttəfiqiyik” - Ərdoğan

Hazırda oxunan: “İŞİD-lə mübarizədə şəhid verən yeganə NATO müttəfiqiyik” - Ərdoğan

24791

“Türkiyə NATO başda olmaqla bütün beynəlxalq platformlarda terrora qarşı mübarizədə ilk sıralarda yer alır”.

Bizim.Media “TRTHaber”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun sammitində bildirib.

Türkiyə prezidenti deyib ki, PKK/PYD-də İŞİD və FETÖ-ya qədər bir çox terror qruplaşmaları ilə sərhədləri daxilində və xaricində çox ağır bir mübarizə aparılır:

“İŞİD-ə qarşı üz-üzə mübarizə aparan və bu yolda gənc övladlarını şəhid verən NATO-nun yeganə müttəfiqiyik”, - Ərdoğan vurğulayıb.

O, 4 minə yaxın İŞİD silahlısını zərərsizləşdirdikləri qeyd edib:

“Türkiyə sərhədlərinin eyni zamanda NATO sərhədləri olduğu da unudulmamalıdır. Bu baxımdan sadəcə öz milli maraqlarımız üçün deyil, alyans coğrafiyasının təhlükəsizlik və sabitliyinin təmini üçün də əhəmiyyətli bir məsuliyyət daşıdığımızı da bilirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO