“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: “BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

247764

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.

Xüsusilə metronun “Azadlıq”, “28 may” stansiyalarının qarşısında, Bayıl və 20-ci sahə ərazisindəki  terminallarda qəpiklə gediş haqqı ödəmək mümkünsüzdür.

Günün ən aktiv saatlarında, səhər və axşam, terminallara tələbatın böyük olduğu vaxtlarda sərnişinlər “BakıKart”ını doldurmaq üçün terminal axtarmaq məcburiyyətində qalırlar.

Bununla bağlı Bizim.Media-ya şikayət edən sərnişinlər bildirib ki, bu hal terminallardakı metal sikkələr vaxtlı-vaxtıda boşaldılmaması üzündən baş verir.
 

MÖVZU İLƏ BAĞLI:

İctimai nəqliyyatda QR kodla ödənişin müddəti niyə azaldılıb? – RƏSMİ AÇIQLAMA


Məsələ ilə bağlı “Bakıkart”la əlaqə saxladıq. Qurumdan bildirildi ki, buna səbəb qəpik qutusunun vatlı-vaxtında boşaldılmaması deyil: 

“Texniklər gündə bir neçə dəfə terminalara baxış keçirirlər. Qəpik qutuları mütəmadi olaraq boşaldırlar. Güman ki, orda hansısa texniki problemlər baş verir. Qəpik, yaxud əskinas qutusunda problem yarananda terminal pulu qəbul etmir, ilişmə yaranır. Çox zaman sərnişinlər qutuya əyri qəpik atırlar.
 

Ona görə də belə problemlər ortaya çıxır. Amma aparat dolsun və onu texniklər vaxtında boşaltmasın, belə bir hal ola bilməz”.  


Qeyd edək ki, “Bakıkart”dan sərnişinlərin bu şikayətləri nəzərə alınıb dərhal aradan qaldırılacağı bildirilsə də, metronun “28 May” stansiyasının qaşısındakı terminaldan qəpiklə ödəniş etmək hələ də mümkünsüzdür.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO