Pərəstişkarı hücum edib qabırğalarını sındırdı – FOTO

Pərəstişkarı hücum edib qabırğalarını sındırdı – FOTO

Hazırda oxunan: Pərəstişkarı hücum edib qabırğalarını sındırdı – FOTO

247738

ABŞ-da yaşayan türkiyəli aktrisa Meltem Miraloğlu hücuma məruz qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 

Məlumata görə, Miraloğlu özündən 48 yaş böyük ərinin ölümündən sonra Nyu Cersiyə köçüb və bu dəfə də özündən 40 yaş böyük, 78 yaşlı amerikalı iş adamı Cozeflə evlənməyə hazırlaşırmış. 


Lakin toya bir neçə gün qalmış aktrisa ona aşiq olan amerikalı gənc pərəstişkarı tərəfindən vəhşicəsinə döyülüb. Hücum nəticəsində qabırğaları sınan və ağciyəri zədələnən Meltem xəstəxanaya aparılıb.

Qabırğa sınıqları ağciyərlərinə nüfuz etdiyi üçün cərrahi müdaxilə edilib. Hazırda xəstəxanada müalicəsi davam edən Miraloğlunun səhhətinin yaxşı olduğu bildirilib.

Qeyd edək ki, 2011-ci ildə Türkiyənin "Həyat Davam edir" serialı ilə məşhurlaşan və serialda uşaq gəlin olan “Həyat” obrazını canlandıran Meltem Miraloğlu özündən 48 yaş böyük amerikalı iş adamı Patrik Qredi ilə evlənib və ABŞ-a köçüb. M.Miraloğlunun 86 yaşlı amerikalı həyat yoldaşı Patrik Qredi bu ilin fevral ayında infarkt keçirərək dünyasını dəyişib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO