Ərdoğanın Azərbaycana səfərinin proqramı açıqlandı - Şuşada saziş imzalanacaq 

Ərdoğanın Azərbaycana səfərinin proqramı açıqlandı - Şuşada saziş imzalanacaq 

Hazırda oxunan: Ərdoğanın Azərbaycana səfərinin proqramı açıqlandı - Şuşada saziş imzalanacaq 

24773

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərinin proqramı açıqlanıb.

Bizim.Media “Haber Global”a istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq. 

Şuşada prezidentlər arasında təkbətək və  geniştərkibli görüş  keçiriləcək. Sonra Şuşa başda olmaqla Qarabağın yenidənqurma və inşası layihələri üçün sazişlərə imza atacaq.

Türkiyə Prezidenti iyunun 16-da Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşəcək, Milli Məclisə xitab edəcək.

Türkiyə lideri həmçinin Bakı Olimpiya Stadionunda baş tutacaq Türkiyə-Uels qarşılaşmasını da Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə tribunadan izləyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO