İTV-dən “bizimkilər” sözü ilə bağlı açıqlama - “Hədiyyə vəd edilib”

İTV-dən “bizimkilər” sözü ilə bağlı açıqlama - “Hədiyyə vəd edilib”

Hazırda oxunan: İTV-dən “bizimkilər” sözü ilə bağlı açıqlama - “Hədiyyə vəd edilib”

24764

"İyunun 12-də İTV-nin efirində yayımlanan Belçika-Rusiya matçında şərhçi İlqar Mikayıloğlunun Rusiya yığmasına xitabən guya "bizimkilər" ifadəsi işlətməsi barədə sosial şəbəkələrdə məlumatlar yayılır. Biz bu məlumatları yazan, paylaşan bütün şəxslərdən həmin hissəni İTV-ə göndərməyi xahiş etmişdik. Bu sözü tapana hədiyyə də vəd etmişdik".

Bizim.Media xəbər verir ki, bu barədə İctimai kanalın "Facebook" səhifəsində qeyd edilib.

Açıqlamada bildirilib ki, sosial şəbəkələrdə yayılan məlumat tamamilə əsassızdır, aparıcı qalmaqala səbəb olan "bizimkilər" sözünü masanın üzərindəki kağızları nəzərdə tutaraq deyib:

"Bu sözü tapa bilməyənlər İlqarın başqa ifadəsini tirajlamağa başlayıblar. Şərhçinin masanın üzərindəki kağızlara baxaraq Rusiya komandasının əvəzedici heyəti ilə bağlı ardıcıl dediyi "kimimiz var hücumçulardan" (23.42.35) və "ehtiyatda yarımmüdafiədə kimlərimiz var orda" (23.42.46) ifadəsini "bizimkilər" kimi yozmağa çalışırlar. Şərhçi iş masasının üzərindəki hər hansı predmeti özününkü hesab etdiyindən "topumuz", "qələmimiz", "fincanımız", "siyahımız", yaxud da "siyahıda kimlərlərimiz var" ifadəsini də rahatlıqla işlədə bilər.

Burdakı mənsubiyyət şəkilçisi həmin komandaya deyil, əlbəttə ki, iş masasındakı predmetə aiddir. Şərhçi "kimimiz var" ifadəsindən istifadə edəndə komandanı deyil, siyahını nəzərdə tutur. Vədimiz isə qüvvəsindədir – şərhdə "bizimkilər" sözünü tapın, gəlin hədiyyənizi aparın.

Tövsiyyəmiz də var: Bir fincan qəhvə və ya bir stəkan çay götürüb İctimai TV-də futbola baxın, idmandan zövq alın! Biz sizin üçün işləyirik, çünki bizimkilər sizsiniz. Bizə sarı gəlin!"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO