Renat oynadı, Rahil yenə heyətə düşmədi

Renat oynadı, Rahil yenə heyətə düşmədi

Hazırda oxunan: Renat oynadı, Rahil yenə heyətə düşmədi

247604

Futbol üzrə Polşa çempionatında 31-ci turun oyunları keçirilir.

Bizim.Media xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvləri Rahil Məmmədovla Renat Dadaşovun formasını geyindiyi "Radomyak" səfərdə "Pyast"ın qonağı olub. Qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb.

Renat Dadaşov da bu matçın iştirakçısı olub.26 yaşlı forvard 75-ci dəqiqədə meydana daxil olub. Rahil Məmmədovun adı oyunun iştirak ərizəsində yer almayıb.

31 turdan sonra 37 xal toplayan "Radomyak" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO