Azərbaycan spirtli içki idxalını 31% azaldıb

Azərbaycan spirtli içki idxalını 31% azaldıb

Hazırda oxunan: Azərbaycan spirtli içki idxalını 31% azaldıb

2476
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi illik dinamika müşahidə edilib.

Dövlət Gömrük Komitəsindən "Report"a verilən xəbərə görə, 2015-ci ilin ilk 11 ayında 24 694,36 min ABŞ dolları məbləğində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2014-cü ilin eyni dövrünə nisbətən 5 360,53 min ABŞ dolları yaxud 17,84% azdır.
Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,23%-ni təşkil edib.
Komitədən bildirilib ki, təhlil olunan dövrdə Azərbaycana ümumilikdə 45 076,31 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2014-cü ilin eyni dövrü ilə müqayisədə 20 431,57 min ABŞ dolları və ya 31,19% azdır. Nəticədə, bu məhsulların ölkənin ümumi idxalında payı 0,55% təşkil edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO