Ukrayna Prezidenti Volodimir Zelenski Avstraliyanın Baş naziri Entoni Albaneze ilə telefon danışığı aparıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna lideri sosial şəbəkədə bildirib.
“Onu seçkilərdə inandırıcı qələbəsi münasibətilə təbrik və Ukraynaya dəstəyin diqqət mərkəzində qaldığı üçün təşəkkür etdim. Kiyev Avstraliyanın İstəklilər koalisiyasındakı roluna dəyər verir, həmçinin ədalətli və davamlı sülhə nail olmaq üçün bütün tərəfdaşlarımızın birliyinə ehtiyac duyur”, – paylaşımda deyilib.
Zelenski görüş zamanı hava hücumundan müdafiənin gücləndirilməsinin Ukraynanı və onun sakinlərini qorumaq üçün əsas prioritet olaraq qaldığını vurğulayıb:
“Tərəfdaşlarımızın dəstəyinə ümid edirik. Biz həmçinin Ukraynanın təhlükəsizlik və müdafiə sahəsində imkanlarının daha da gücləndirilməsi yollarını müzakirə etdik".
Öz növbəsində, Albaneze Avstraliyanın Ukrayna xalqına dəstəyinin davamlılığını və Ukrayna üçün ədalətli və davamlı sülhə sadiqliyini qeyd edib.
Zelenski Baş nazir Albanezeni Ukraynaya səfərə dəvət edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
00:45 / 05.05.2025
Zelenski Avstraliyanın Baş nazirini Ukraynaya dəvət etdi
Hazırda oxunan: Zelenski Avstraliyanın Baş nazirini Ukraynaya dəvət etdi
Hazırda oxunan: Zelenski Avstraliyanın Baş nazirini Ukraynaya dəvət etdi
247592
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.