Kipr problemi hansı şərtlər əsasında həll olunacaq? - Ərdoğandan AÇIQLAMA

Kipr problemi hansı şərtlər əsasında həll olunacaq? - Ərdoğandan AÇIQLAMA

Hazırda oxunan: Kipr problemi hansı şərtlər əsasında həll olunacaq? - Ərdoğandan AÇIQLAMA

247552

Bölünmüş Kipr problemi son nəticədə adada iki suveren dövlətin yaradılması əsasında həll olunacaq.

Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 

“Biz Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın irəli sürdüyü iki dövlətli həll baxışını tam dəstəkləyirik. Biz töhfə verməyə və konstruktiv yanaşmaya davam edəcəyik. Martın 17-18-də Cenevrədə BMT-nin himayəsi ilə geniş tərkibdə keçirilən qeyri-rəsmi toplantıda razılaşdırıldığı kimi, Kipr türk xalqı gec-tez adada öz suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun qeydə alınmasını təmin edəcək”, - deyə o əlavə edib.


Ərdoğan bildirib ki, Türkiyə bu yolda həmişə Şimali Kipr Türk Cümhuriyyətinin yanında olacaq:

“Biz səmimiyyətlə ədalətli, daimi, davamlı və reallığa əsaslanan bir həll istəyirik. Regionumuzda baş verən hadisələr də onu göstərir ki, bu reallıq indi qəbul edilməlidir. Bu adada iki xalqın, iki dövlətin olduğunu hər kəsin dərk etmə vaxtıdır. Ankaranın Kipr türklərinə və onların müstəqil dövlətinə dəstəyi dəyişməz olaraq qalır və Türkiyə Şimali Kiprin təhlükəsizliyinin qarantı olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO