"Yuventus"da növbəti MÜQAVİLƏ

"Yuventus"da növbəti MÜQAVİLƏ

Hazırda oxunan: "Yuventus"da növbəti MÜQAVİLƏ

247440

"Yuventus" növbəti futbolçusu ilə müqavilə müddətini uzadacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Relevo"nun jurnalisti Matteo Moretto məlumat yayıb.

Turin təmsilçisi yarımmüdafiəçisi Ueston Makkenni ilə yeni sözləşmə imzalayacaq. Müqavilənin müddəti 2028-ci ilin yayına qədər olacaq.

Daha öncə mətbuatda İtaliya klubunun digər futbolçusu Federiko Qatti ilə yeni müqavilənin imzalayacağı ilə bağlı xəbərlər yayılmışdı.

Qeyd edək ki, Ueston Makkenni bu mövsüm "Yuventus"un heyətində 40 oyuna çıxaraq 5 qol vurub və 3 qolun ötürməsini edib. Onun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO