Həkim təyinatı olmayan tez-tez dərman qəbul etməyin ziyanları barədə dəfələrlə müxtəlif xəbərdarlıqlar edilir. Bəzən isə insan ən kiçik baş ağrısında və yaxud bədən tempraturu 37 dərəcə olduqda həmin an tez dərman qəbul edir.
Dəqiqəbaşı və həkim məsləhəti olmadan dərman qəbul etmək orqanizmə necə təsir edir?
Bizim.Media məsələ ilə bağlı farmokoloq Aydın Əliyevin fikirlərini öyrənib. O deyir ki, dərmanı həkim və diaqnoza görə yazmalıdır:
“Həkim xəstəliyin səbəbinə, əlamətinə qarşı dərman yazır, üçüncü olaraq isə xəstələnməyin qarşısını almaq üçün profilaktik dərman yazılır”.
Həkim vurğulayır ki, xəstə bir az temperaturu qalxdı, endi deyə dərman istifadə etməməlidir:
‘Temperaturun qalxması bədənin özünü müdafiə funksiyasıdır. İltihab, bakteriya, virus var deyə temperatur qalxır. Həkim səbəbi müəyyən edib, dərman lazım olub- olmadığını deməlidir. Həkimə getmədikdə, yüngül soyuqdəymədə qaynar vanna qəbul etmək olar ki, temperatur, təzyiqi dəyişsin, baş ağrısı azalsın”.
“Dərman həkimin əlində dərman, başqasının əlində isə zəhərdir”.
“Xəstə həkimdən xəbərsiz dərman istifadə etdikdə o, temperaturu aşağı sala bilər. Amma həmin dərmanın digər orqanlara, qana, ürək-damar sisteminə necə təsir etdiyini bilməyəcək”,-deyə Aydın Əliyev vurğulayıb.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:40 / 03.05.2025
Həkimdən XƏBƏRDARLIQ – Qızdırma 37 dərəcə olanda bu dərmanı QƏBUL etməyin!
Hazırda oxunan: Həkimdən XƏBƏRDARLIQ – Qızdırma 37 dərəcə olanda bu dərmanı QƏBUL etməyin!
Hazırda oxunan: Həkimdən XƏBƏRDARLIQ – Qızdırma 37 dərəcə olanda bu dərmanı QƏBUL etməyin!
247244
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.