Səbail rayonu, Yeni Salyan şosesi 22-də (Jurnalistlərin binası) 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Qəza nəticəsində avtomobillərə ziyan dəyib.
Bizim.Media-nın məlumatına görə bu barədə politoloq Elçin Mirzəbəyli feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, qəzaya səbəb sürət həddidir:
“Elə bir gün yoxdur ki, burada qəza baş verməsin, insanların sağlamlığına, nəqliyyat vasitələrinə ziyan dəyməsin... Bütün qəzalar da eyni səbəbdən baş verir. Yaşayış məntəqəsi ərazisindən keçən və bir neçə piyada keçidinin olduğu yolda sürət həddinin saatda 80 kilometr olmasından”
E. Mirzəbəylinin fikrincə, heç bu sürət həddinə əməl edən də yoxdur:
“Digər tərəfdən, yolda geriyə dönməni qadağan edən nişan olmadığı üçün işıqfordan geriyə dönmə hərəkətinin yerinə yetirilməsi zamanı qəzalar baş verir və bu, bir neçə ildir ki, davam edir...”
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:58 / 14.06.2021
Jurnalistlərin binasının qarşısında qəza baş verdi – Yenə eyni səbəbdən
Hazırda oxunan: Jurnalistlərin binasının qarşısında qəza baş verdi – Yenə eyni səbəbdən
Hazırda oxunan: Jurnalistlərin binasının qarşısında qəza baş verdi – Yenə eyni səbəbdən
24723
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.