Bakıda “Porsche”ni sərxoş vəziyyətdə sürən qadın həbs edildi – VİDEO

Bakıda “Porsche”ni sərxoş vəziyyətdə sürən qadın həbs edildi – VİDEO

Hazırda oxunan: Bakıda “Porsche”ni sərxoş vəziyyətdə sürən qadın həbs edildi – VİDEO

247093

Bakıda “Porsche” ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq edən qadın həbs olunub.

Bizim.Media xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.

Sərxoş vəziyyətdə “Porsche” markalı nəqliyyat vasitəsilə təhlükəli manevrlər edərək davamlı qayda pozuntusu törədən sürücü Nəsimi RPİ DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
 

O, yüksək sürətlə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını kobud surətdə pozub və polisin “saxla” işarəsinə əməl etməyərək təhlükəli hərəkətini davam etdirib. Sərxoşluq vəziyyəti yoxlanılan A.Həsənovanın spirtli içkinin təsiri altında olması müəyyən edilib.


Onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Həsənova sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 sutka inzibati qaydada həbs olunub. (“Qafqazinfo”)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO