Ermənistanı son 30 ildə 1,7 milyon insan tərk edib – STATİSTİKA

Ermənistanı son 30 ildə 1,7 milyon insan tərk edib – STATİSTİKA

Hazırda oxunan: Ermənistanı son 30 ildə 1,7 milyon insan tərk edib – STATİSTİKA

24709

Müstəqilliyin 30 ili ərzində 1,6-1,7 milyon insan və ya əhalinin 30% -i Ermənistandan mühacirət edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumat “armeniasputnik.am” saytında yerləşdirilib.

"Bunlardan 1.1-1.2 milyonu Rusiyaya, təxminən 150.000-i ABŞ-a, 120-150.000-i Avropaya, qalanları müxtəlif MDB ölkələrinə və uzaq Zelandiyadan İsrailədək digər məmləkətlərə köçüblər". İctimai Şuranın Miqrasiya Məsələləri Komissiyasının sədri, ekspert Qaqik Yeqanyan belə deyib.

Yeqanyan qeyd edib ki, kütləvi mühacirət 1992-1994-cü illərdə olub:

“Bu 3 il ərzində təxminən 600.000 vətəndaş və ya Ermənistan əhalisinin 16% -i ölkəni birdəfəlik tərk edib. 1995-2001-ci illərdə əhalinin köçü sabitləşsə də, yenə də yüksək olaraq qalıb. Bu 7 il ərzində Ermənistandan təqribən 250.000 nəfər, ildə orta hesabla 40-45 min insan mühacirət edib. 2001-ci ildən sonra da vəziyyət çox dəyişməyib. 2002-2007-ci illərdə orta illik mühacirət nisbəti 25-47 min nəfər olub. 2016-18-ci illərdə mühacirət dalğası yenidən artaraq ildə 35-40 minə çatıb. 2018-ci ildən sonra mühacirət mövzusunda ciddi araşdırmalar aparılmayıb”.

Xatırladaq ki, 1 yanvar 1991-ci il tarixinə qədər Ermənistanın daimi əhalisi 3.574.500 nəfər olub.

30 il içində bu 1,6-1,7 milyon mühaciri çıxsaq, Ermənistanın əhalisi 1,8-1,9 milyon nəfər olmalı idi. Bu arada, rəsmi statistikaya görə, 1 yanvar 2020-ci il tarixinə (bu son rəsmi məlumatdır) Ermənistan əhalisi 2.961.900 nəfərdir.

Deməli, mühacirətə paralel olaraq yeni doğuşlar əlavə olunub. Həm də doğum nisbəti ölüm nisbətini keçib.

"Orta hesabla illik artım 20 min nəfərdir. Ancaq kədərli olan odur ki, doğum nisbəti də zamanla azalır. Əgər 1980-ci illərdə Ermənistanda hər il 90.000 uşaq dünyaya gəlirdisə, bu gün yalnız 10-12 min uşaq anadan olur”, deyə Yeqanyan yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO